“Yalan deyir, testi o gətirməyib... Elçibəy demişdi Firudini gözüm görməsin”

Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn professor Firudin Cəlilovun test üsulunun ölkədə tətbiqinin banisi olması barədə dediyi sözlərə görə sərt tənqid edib.

Azpost.info bildirir ki, sabiq Baş nazir bu müsahibəni “yaramaz” adlandırıb və F. Cəlilovu yalan danışmaqda ittiham edib.

“Firudin Cəlilovun müsahibəsi barədə bayaqdan dalbadal zənglər gəlir. Tapdım. Oxudum. Təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialar?

Özünün dediyinə görə Firudin müəllim ildə bir neçə dəfə ürək əməliyyatına girir. Bəlkə anasteziyanın təsirindən hələ çıxmayıb?

Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahan sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və təhsil nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa prezidentə tabe olan,TQDK- nın yaradılması ideyasıda,rəsmi göstərişlər də Elçibəyə məxsusdur və AXC- nin seçki platformasına daxil idi. F. Cəlilovun güya bu məsələ ətrafında Prezidentlə dava etməsi, məni F. Cəlilovu aidi məsələlərə razı salmaq üçün onun yanına göndərməsi isə sadəcə gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər”. P.Hüseyn deyib ki, Firudin Cəlilov ümumiyyətlə prezidentin qəbulunda heç bir dəfə də olmayıb: “Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı bir şərtlə ki, F.Cəlilov onun gözünə görünməsin və səninlə işləyəcək. Bunu ki hamı bilir! Mənim Firudin müəllimin yanıngedib gəlməyimə isə onun mən hansı kabinetlərdə oturduğu bir yana qalsın, heç hansı mərtəbələrdə kabinetinin olduğunu da bilməmişəm.Çünki, buna ehtiyac olmayıb” .

Eks- baş nazir deyib ki, F. Cəlilovun dediklərində bir şey düzdür. O da TQDK sədrliyinə mərhum Vurğun Əyyubu razı salmağı: “Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini F.Gəlilov irəli sürüb.Əslində bu dəqiq deyil.Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bu bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi.Müəyyən narazılıqları vardı. Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy,1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə univesitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Prezidentin təklifini qəbul etmədiyini demişdim o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki,güya Prezident V.Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin Prezidentlə danışmaq imkanın var idimi ki,onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!

Mən Firudin müəlimə hörmətlə yanaşmışam.Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman -zaman demişəm ki,bu doğru olmayan söhbətləri qurtar.Hər kəs olduğu və durduğu yerdə böyükdür.Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf”.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə qadını intihar həddinə çatdıran şəxsin məhkəməsi başlayır

SONRAKI XƏBƏR

Sabiq alman nazirdən şok etiraf: Bilirdik ki, Türkiyə izn verməz!