İlham Əliyevin çıxışı Ermənistanı ikiyə parçaladı - VİDEO

İlham Əliyevin çıxışı Ermənistanı ikiyə parçaladı - VİDEO

Prezident İlham Əliyev: "Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir."

Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında beynəlxalq hüquqa əsaslanan qətiyyətli bəyanatı Ermənistanda qarışıqlığa səbəb olub. Politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirir ki, bu bəyanat Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmanı daha da gücləndirib.

Vəziyyət o qədər gərginləşib ki, İrəvanın Bakıya tamamən məğlub olması ilə bağlı yazılardan birinin dərc olunduğu qəzetin İrəvandakı ofisinə basqın edilib, redaksiya heyəti təhdid olunub. Hücum edənlərin Paşinyanın tərəfdarları olduqları bildirilir. Politoloq Arzu Nağıyev deyir ki, bu hadisələr Paşinyanın, ona bəslənən etimadı itirdiyini göstərir.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda bildirir – “Erməni analitiklər və ekspertlər məcburiyyət qarşısında qalaraq etiraf edirlər ki, Azərbaycan Prezidentinin sanballı, məntiqli bəyanatı Paşinyana siyasət, geosiyasət, tarix və diplomatiya dərsi oldu.Cənab İlham Əliyevin çıxışından sonra Ermənistan mediasının "selfi adam" adlandırdığı, baş nazir kimi zəif, siyasətçi kimi həddən ziyadə primitiv saydığı Paşinyanın kəskin tənqid olunduğu yazıların, şərhlərin və açıqlamaların sayı sürətlə artır.”

Ülviyyə Zülfiqar

ATV.az

Mənbə: www.atv.az