Tramp savaşa başlayan Türkiyəyə od püskürdü

Tramp savaşa başlayan Türkiyəyə od püskürdü

ABŞ prezidenti Suriyada başladığı hərbi əməliyyatlara görə, Türkiyəni yenidən hədələyib. Tramp bildirib ki, Türkiyəni bu əməlinə görə sanksiyalardan daha pis cəza gözləyir.

Onun sözlərinə görə, bunun nəticəsi türklər üçün "sadəcə sanksiyalardan daha böyük" ola bilər. O, hərbi əməliyyata görə, sərt addımlar atacağını da vurğulayıb.

Tramp Türkiyənin iqtisadiyyatını məhv edəcəyi ilə bağlı təhdidlərinin hələ də qüvvədə olduğunu bildirib.

Xatırladaq ki, ötən gün Türkiyə ordusu Fərat çayının şərqində quru əməliyyatına başlayıb. "Barış Pınarı" adlandırılan əməliyyat Türkiyənin cənub sərhəddlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə rifah və sülh gətirmək məqsədi ilə başlayıb.

ABŞ bu əməliyyata dəstək verməyəcəyini açıqlamışdı.

Mənbə: istipress.com