Amerikalı ekspert Türkiyəni müdafiə etdi – Şərh

Amerikalı ekspert Türkiyəni müdafiə etdi – Şərh

Türkiyənin Suriyada keçirdiyi əməliyyat Şimali Suriyadan gələn hər hansı bir kürd və ya terror təhlükəsini aradan qaldırmaq məqsədi daşıyır.

Bu sözləri Axar.az-a ABŞ Qulf Analitik Mərkəzinin eksperti doktor Teodor Karasik Türkiyənin Suriya əməliyyatına dünya ölkələrinin qeyri-adekvat reaksiyasını şərh edərkən deyib.

Politoloqun fikrincə, bu əməliyyatlar nəticəsində Şimali Suriyada yenidənqurma baş verəcək:

“Türkiyənin planlaşdırdığı kimi yenidənqurmadan sonra bu ərazilər qaçqınlar üçüm təhlükəsiz bir yerə çevriləcək və terrorçulardan əsər-əlamət qalmayacaq.

Təbii ki, həm Rusiya, həm də İran Türkiyənin bu əməliyyatları necə həyata keçirəcəyini maraqla izləyirlər. Rusiya və Türkiyə arasında dəstək mövcud olduqca, rəsmi Ankara bilir ki, İran pusquda durub və istənilən vaxt problem yarada bilər.

Rusiya yenə də ən böyük qalibdir. Çünki Moskva bütün tərəflərlə danışa bilər, hətta lazım gələrsə, Ərdoğana təzyiq də göstərə bilər”.

Mənbə: axar.az