Ərdoğanın xanımına görə Belqradda qalmaqal yaşanıb - FOTOLAR

Türkiyə prezidentinin xanımı Əminə Ərdoğanın Türkiyə səfirliyinə səfəri zamanı yolüstü yaxınlıqdakı bir kafedə xoşagəlməz anlar yaşanıb...

Reyting.az "TV N1 Beograd" agentliyinə istinadla xəbər verir ki, xanım Ərdoğanın təhlükəsizliyinə cavabdeh cangüdənlər Belqradın Krunska küçəsindəki kafeyə girdikdə, insident baş verib.

İçəridəki adamlar və ofisiantlardan silahlı şəxslərin məkana girməsini istəmədiklərini bildirərək onların yoluna sədd çəkib. Bundan sonra silahlı təhlükəsizlik işçiləri və kafenin müştəriləri arasında mübahisə olub.

Türk təhlükəsizlik işçiləri daha sonra Serbiya polisi ilə əlaqə saxlayan səfirliyin təhlükəsizlik rəisini çağırıblar. Şahidlərin sözlərinə görə, müştərilər və ofisiant Belqrad polisinə aparılıb. Qısa söhbətdən sonra onlar sərbəst buraxılıb.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

“Barış Pınarı Hərəkatı”nın 1-ci günü - VİDEO

SONRAKI XƏBƏR

Rayan Giqqz: “O, ən yaxşı futbolçumuzdur”