Türkiyə ordusunun əməliyyatından son məlumatlar - FOTO

Türkiyə ordusunun əməliyyatından son məlumatlar - FOTO

Dünən Bakı vaxtı 17:00-dan etibarən Suriyada PKK/YPG terrorçularına qarşı antiterror əməliyyatına start verən Türkiyə ordusu 30 km məsafədə irəliləyib.

BAKU.WS xəbər verir ki, terrorçuların sığınacaqları öncə raket və top zərbələri, həmçinin hava atışları ilə məhv edilib.

Axşam saatlarında isə qurudan əməliyyatlara start verilib. 

Tel-Əbyad, Rəs-əl-Ayn və Zormağar bölgələrinə 4 istiqamətdən hücum təşkil edilib. Ümumilikdə 181 hədəf vurulub.

Terrorçular isə cavab olaraq Türkiyənin Mardin şəhərinin Nusaybin rayonuna 9 raket mərmisi atılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Əhaliyə çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Hazırda Türkiyə ordusu Fərat çayından şərqə doğru irəliləməkdə davam edir. Məlumata görə, əməliyyatda 40 min türk, 20 min suriyalı əsgər birlikdə hərəkət edir. Ehtiyac olduğu təqdirdə əlavə qüvvələrin də dəstək üçün göndəriləcəyi bildirilib.
BAKU.WS

 


 

 

Mənbə: baku.ws