Türk qoşunları Qamışlının qərbində YPG terrorçularına zərbələr endirib

Türk qoşunları Qamışlının qərbində YPG terrorçularına zərbələr endirib

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər silah və qumbaraatanlardan istifadə edib.

Bundan əlavə, qısa bir fasilədən sonra Türkiyə artilleriyası Suriyanın paytaxtı Dəməşqdən təqribən 680 km məsafədə yerləşən şəhərin qərb və şərq hissələrini atəşə tutub. Atılan mərmi səsləri Qamışlının yaşayış məhəllələrində eşidilib.

Son 24 saat ərzində Türkiyə qoşunları Suriyanın şimal-şərqindəki YPG terrorçularının təxminən 20 döyüş mövqeyini vurub. SANA xəbər agentliyinin verdiyi məlumata görə, assuriya xristianlarının etnik və dini azlığının yaşadığı Əl-Hasaka vilayətindəki Tell Halaf mahalına da zərbələr endirilib.

Qarşı tərəfin mənbələrinə görə, dünən günortadan sonra Türkiyənin hücumlarından sonra 7 YPG terrorçusu öldürülüb, 16-sı yaralanıb.

Sevinc Əliyeva

Mənbə: ordu.az