Piketdə yalan danışan Yaşar Cəfərov ifşa olundu

Müxalifətin Bakıda keçirdiyi piketə qatılan məcburi köçkün Yaşar Cəfərovun dövlət qayğısından uzaq olması barədə səsləndirdiyi fikirlər yalandır.

Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. Müxalifətin Bakıda keçirdiyi piketə qatılan məcburi köçkün Yaşar Cəfərovun dövlət qayğısından uzaq olması barədə səsləndirdiyi fikirlər yalandır.

Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə,

Zəngilan rayonundan olan həmin şəxsə dövlət tərəfindən diqqət və qayğı göstərilib: "O, Azərbaycan ictimaiyyətinə yalan söyləyib. Ailənin özünə 2 otaqlı, digər ailə üzvünə də 2 otaqlı mənzil verilib. Hazırda ailə üzvləri işləyir. Müxalifət bilməlidir ki, bir milyon insan onların səbəbindən məcburi köçkün vəziyyətdə yaşayır".

Qeyd edək ki, Milli Şuranın oktyabrın 8-də keçirdiyi piketdə iştirak edən Y.Cəfərov yataqxanada ağır şəraitdə qaldığını, ona və ailəsinə dövlət tərəfindən qayğı göstərilmədiyini söyləyib.

Aytən Zəhra

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Dəhşətli statistika: 10 gündə 11 qadın döyüldü, 4-ü öldü

SONRAKI XƏBƏR

6 ay əvvəl azadlığa çıxan qadından dəhşətli əməl - FOTO