​Tramp Türkiyənin Suriyaya hücumunu "pis fikir" adlandırdı – ABŞ PREZİDENTİ "MƏNASIZ MÜHARİBƏLƏRƏ” QARŞI OLDUĞUNU BİLDİRDİ

​Tramp Türkiyənin Suriyaya hücumunu "pis fikir" adlandırdı – ABŞ PREZİDENTİ "MƏNASIZ MÜHARİBƏLƏRƏ” QARŞI OLDUĞUNU BİLDİRDİ

Senatorlar Lindsey Graham və Chris Van Hollen Türkiyənin yüksək səviyyəli hökumət nümayəndələrini cəzalandıracaq və Amerika ilə Türkiyənin birgə hərbi əməliyyatlarına qadağa qoyacaq qanun layihəsi təqdim edəcəklərini bildirib.

Muxalifet.az xəbər verir ki, buna paralel olaraq prezident Tramp isə Türkiyənin Suriyaya müdaxiləsini "pis fikir" adlandırıb. O, müdaxilənin dayandırılmasının gərəkdiyi fikrini müdafiə edən öz administrasiyasından olan rəsmi şəxsllər, xarici müttəfiqlər və Konqressdən olan bir kəsimin qəzəbinə rəğmən, daha yumşaq tərzdə "mənasız, sonu olmayan" müharibəyə qarşı olduğunu ifadə edib.
Günün sonunda bu bəyanatı verdikdən sonra Trampın kürd döyüşçülərin acınacaqlı vəziyyətinə etinasızlığı da diqqətdən qaçmayıb. Doğrudur, mətbuata açıqlamasında kürdlərin İŞİD-ə qarşı amerikan ordusuyla birgə öz maraqları üçün, "öz torpaqlarından ötrü döyüşdüyünü” ifadə edib. Amma ABŞ prezidenti onu da əlavə edib ki, "onlar bizə İkinci Dünya müharibəsində kömək etməyiblər. Bizə Normandiyada kömək etməyiblər".
Muxalifet.az

Mənbə: muxalifet.az