“Uşaqların Xəyalında Sülh, Müharibələrə Son” -FOTO

“Uşaqların Xəyalında Sülh, Müharibələrə Son” -FOTO

Azpress.Az saytının məlumatına əsasən bildiririk ki,bu günlərdə İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Uşaqların Xəyalında Sülh, Müharibələrə Son” adlı sərgi-tədbir keçirildi. Tədbirdə görkəmli elm xadimləri alimlər, professorlar, mədəniyyət işçiləri, media nümaəndələri iştirak edirdilər. İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Əsğəri Farsi ilk öncə bütün qonaqları və iştirakçıları salamladı. Öz çıxışında Qarabağ müharibəsi də daxil olmaqla dünyada baş verən müharibələr və teror hadisələrindən ən çox əziyyət çəkənlərin də məhs gələcəyimiz olan uşaqların olduğunu nəzərə alaraq dünya liderlərinin və insan haqlarını müdafiə edən qrumların bu dözülməz faciələrə göz yummamasına çağırış etdi. İki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün öz töhfələrini heç vaxt əsirgəməyən Azərbaycan Rəssamlar İttifaqının üzləri, sərgi-tədbirin layihə rəhbəri və təşkilatçıları Enurə və Aygün İsgəndərovalara dərin təşəkkürünü bildirdi. Sonra çıxış edənlərdən Azərbaycan Rəssamlar İttifaqının qrafika şöbəsinin rəhbəri, xalq rəssamı, professor Arif Hüseynov çıxışında müxtəlif şəhər və bölgələrimizdən bu sərgiyə qatılan müəllim və şəgirdlərin biri-birindən düşündürücü və mənalı rəsmlərində gələcəyə ümüd sülh və barışa çağırış əks olunduğunu və belə mənalı sərgi-tədbirlərin müxtəlif ölkələrlə təşkil olunmasında əvəzolunmaz əməyi olan milli - mənəvi dəyərlərin təbliğində bugünkü gəncliyimizə öz vətənpərvərliyi ilə nümunə olan Elnurə və Aygün İsgəndərovalara bu gözəl fəaliyələrində uğurlar arzulamışlar.
Sonra tədbirdə iştirak edən rəssamlar və bir qrup media nümayəndələri İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən diplomla təltif olundular.

Azpress.Az,Minə Türksoy.

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: azpress.az