Türkiyə Müdafiə Nazirliyi:"Suriyada əsas hədəflər nəzarət alıtna alınıb"

“Barış pınarı” antiterror əməliyyatı gecə boyu quruda və havadan uğurla aparılıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyada müəyyənləşdirilən hədəflər nəzarət altına alınıb: “Antiterror əməliyyatı planlaşdırıldığı kimi, uğurla davam edir”.

Qeyd edək, Türkiyənin Mardin bölgəsi ilə sərhəddə yerləşən Suriyanın Kamışlı ərazisində PKK/YPG-PYD-nin 5 silahlısı zərərsizləşdirilib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb/Report.

Strateq.az

ƏVVƏLKİ XƏBƏR

Erməni politoloq: “Osipyan uzaqlaşmaqla polisə mesaj göndərib ki, Paşinyanın komandasının üzvü deyil”

SONRAKI XƏBƏR

KOBİA yanında İctimai Şuranın sədri: "Forumun məqsədi turizm biznesini inkişaf etdirməkdir"