Pirallahıda gənclərlə görüş keçirilib

Pirallahıda gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ilk partiya təşkilatlarında görüşləri davam etdirir. Növbəti görüş Pirallahı rayon Sukanal idarəsində keçirildi.

Olaylar.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov öz çıxışında bildirdi ki, gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafeyinin qorunması kimi müqəddəs amallar dayanır. Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Gənclərin mütləq əksəriyyəti ulu öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Onlar hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini, Pirallahı rayon Sukanal idarəsi ilk partiya təşkilatınıın sədri Əli Kərimov ölkəmizin siyasi həyatında mühüm yer tutan Bələdiyyə seçkilərindən danışdı. İclasda çıxış edən YAP Pirallahı rayon təşkilatı GB-nin sədri Rüfət Əhmədov yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin sonunda əlaqələndirici koordinator seçildi və bu görüşlərin digər ilk partiya təşkilatlarındada keçirilməsi qərara alındı.

Mənbə: olaylar.az