ABŞ SENATORLARI ƏRDOĞANA QARŞI SANKSİYA TƏKLİF EDİBLƏR

Senatorlar Suriyada start götürən hərbi əməliyyat fonunda Türkiyənin ali rəhbərliyinə Amerika aktivlərinə giriş imkanını məhdudlaşdırmaq, həmçinin Rusiyadan “S-400” sistemlərinin alışına görə sanksiya tətbiq etmək istəyirlər.

Amerikada hər iki partiyanı təmsil edən senatorlar Ankaranın Suriyada başlatdığı hərbi əməliyyat fonunda Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini təklif ediblər. Bu barədə müvafiq sənədə istinadən “Reuters” agentliyi xəbər verir.

Sənədin müəllifləri demokrat senator Kris Van Hollen (Chris Van Hollen) və respublikaçı senator Lindsi Qrem (Lindsey Graham) Türkiyənin enerji və hərbi sektoruna sanksiya tətbiq edilməsini, həmçinin viza məhdudiyyətləri təklif ediblər.

Bundan başqa, onlar ölkə rəhbərliyinə maliyyə məhdudiyyətləri tətbiq etmək niyyətindədirlər. Sənəddə deyilir ki, sanksiyalar Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi və Ticarət Nazirliyininin rəhbərliklərinə, habelə ölkə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı həyata keçirilə bilər. Məhdudlaşdırıcı tədbirlər onların ABŞ-da olan aktivlərinə şamil ediləcək.

Bundan başqa, senatorlar Rusiyadan alınan bir neçə “S-400” zenit-raket kompleksinə görə Türkiyəyə sanksiya tətbiq etmək istəyirlər. Həmçinin Türkiyə Hərbi Hava və Hərbi Dəniz qüvvələri üçün Amerika silahlarının tədarükü də məhdudlaşdırıla bilər.

Sənəddə Ankaraya maliyyə, maddi və texnoloji yardım göstərən, həmçinin ona məhsul satan xarici şəxslərə qarşı sanksiyalar da nəzərdə tutulur.

Xpressa.net

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan mənzərələri -FOTO

SONRAKI XƏBƏR

"Qarabağ"da istirahət bitdi - FOTO