Müxalif partiya liderindən Gülər Əhmədovaya dəstək: “Kömək etməyə hazıram…”

Müxalif partiya liderindən Gülər Əhmədovaya dəstək: “Kömək etməyə hazıram…”

"Gülər Əhmədovaya nə köməlik lazımdırsa, etməyə hazıram”.

Bu sözləri Sfera.az-a açıqlamasında keçmiş millət vəkili Gülər Əhmədovanın bəraət almaq üçün müxalifətdən yardım istəməsinə münasibət bildirərəkən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

Partiya sədri düşünür ki, Gülər Əhmədovanın pozulmuş hüquqları bərpa olunmalıdır: "Gülər xanıma hansı kömək lazımdırsa, bunu etməyə hazıram. O zaman Gülər Əhmədovanın işi daha çox şantaj xarakteri daşıyırdı və demək olar ki, ortada hansısa sübut-dəlil olmadı. Buna görə də sabiq millət vəkilinə əlimdən gələn bütün köməkliyi etməyə hazıram”.

Səbuhi

Mənbə: sfera.az