Sosial şəbəkələrdə TƏXRİBAT: Nazirlik XƏBƏRDARLIQ etdi

Sosial şəbəkələrdə TƏXRİBAT: Nazirlik XƏBƏRDARLIQ etdi

Bir sıra qüvvələr sosial şəbəkələrdə türk ordusunun “Barış Pınarı” anti-terror əməliyyatı ilə bağlı qara piar aparır.

Cebhe.info xəbər verir ki, hazırda bir sıra saxta profillərdən hərəkatla bağlı dezinformasiyalar yayılır. Suriyada illər əvvəl baş verən və fərqli bölgələrdə çəkilən şəkillər “Barış Pınarı” hərəkatı çərçivəsində baş vermiş faktlar kimi paylaşılır. Bundan başqa yaralı körpə uşaq şəkilləri paylaşır, bunu Türkiyə Silahlı Qüvvələrinin hücumu nəticəsində yaranmış durum kimi göstərirlər. Türkiyə Silahlı Qüvvələri media vasitəsilə rəsmi olmayan heç bir məlumata inanmamağı tövsiyyə edib.

Rəsmi açıqlamada bu cür paylaşımların terror təşkilatlarına yaxın şəxslər tərəfindən paylaşıldığı da bildirib.

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info