YPG Türkiyənin müttəfiqinə hücuma keçdi

Türkiyənin “Sülh çeşməsi” əməliyyatını başlatmasından sonra təşvişə düşən YPG-PKK terror qruplaşması “Fərat qalxanı” əməliyyatı nəticəsində yaradılan xətt boyu Suriya Milli Ordusu mövqelərinə hücum edib.

Axar.az xəbər verir ki, terrorçuların bu həmləsi Türkiyə ilə mübarizədə yeni cəbhə yaratmaq cəhdi kimi qiymətləndirilib.

Terrorçular “Fərat qalxanı” əməliyyatı bölgəsində yerləşən Əl-Bab mahalının Diklabaş və Hazvan kəndlərini, Azezin Mare, Kəl Cibrin, Kefer Haşir, Malikiyyə və Məranaz kəndlərindəki Suriya Milli Ordusu (SMO) mövqelərini hədəf alıb. YPG-PKK qruplaşması həmçinin Tel Rıfat bölgəsindən diversiya cəhdi göstərib.

SMO döyüşçülərinin terrorçulara qarşılıq verməsi nəticəsində təxminən 2 saat davam edən şiddətli qarşıdurma yaşanıb. Atışma zamanı Türkiyə Silahlı Qüvvələri Tel Rıfat və ətrafındakı terrorçulara məxsus mövqeləri top atəşi ilə vurub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakının AES-ə ehtiyacı varmı? – Ekspertlər fərqli düşünür

SONRAKI XƏBƏR

SOCAR-ın İzmirdəki zavodu 4,5 milyon ton neft emal edib