Hindistan Baş nazirinin yeni təyyarəsi HHQ pilotları tərəfindən idarə olunacaq

Gələn ilin iyulundan Hindistan Baş naziri Narendra Modi və digər yüksək vəzifəli şəxslərin uçması üçün istifadə ediləcək iki xüsusi B777 təyyarəsi “Air India” şirkətinin yox, Hindistan Hərbi Hava Qüvvələrinin pilotları tərəfindən idarə ediləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gələn il iyul ayına qədər Hindistana iki yeni B777 təyyarəsi gətiriləcək.

B777 təyyarələrində böyük hava gəmilərinin infraqırmızı mübarizə sistemlərin (LAIRCM) və özünümüdafiə qurğuları (SPS) adlanan ən müasir raketdən müdafiə sistemləri olacaq.

Qeyd edək ki, fevral ayında ABŞ iki müdafiə sistemini Hindistana 190 milyon dollar dəyərində satmağa razılıq verib.

Hazırda Hindistanın yüksək vəzifəli şəxsləri B747 təyyarələrində uçur və onları daşıma şirəktinin pilotlar idarə edir.

Sevinc Əliyeva

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Rus politoloq: “Ermənistanın yeni hakimiyyəti ötən ilin yazından başlayaraq balansı pozur”

SONRAKI XƏBƏR

Avropa Kosmik Agentliyindən xəbərdarlıq: planetimiz səma cismi ilə toqquşacaq