ABŞ Açıq Səma müqaviləsini tərk etmək niyyətindədir

ABŞ Açıq Səma müqaviləsini tərk etmək niyyətindədir

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir çox mənbələr Tramp adminstrasiyasının tezliklə bu qərarı elan edəcəyini bildirib.

Söhbət ABŞ prezidenti D.Eyzenhauer tərəfindən irəli sürülən və C. Buş tərəfindən həyata keçirilən Açıq Səma müqaviləsindən gedir.

Açıq Səma müqaviləsi 1992-ci ildə imzalanıb. Bu müqavilə Soyuq Müharibədən sonrakı dövrdə Avropada qarşılıqlı inamın qurulmasını nəzərdə tutur. 2002-ci ildən qüvvəyə minən müqavilə onu imzalayan dövlətlərin bir-birlərinin hərbi qüvvələri və fəaliyyətlərinə dair sərbəst məlumat toplamasına imkan yaradır.

Müqaviləni imzalayan dövlətlər arasında NATO üzvlərinin əksrəiyyəti, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, İsveç və Finlandiya var.

Sevinc Əliyeva

Mənbə: ordu.az