Erməni politoloq: “Paşinyanla müqayisədə Tonoyanın reytinqi daha yüksəkdir və yüksəlir”

Erməni politoloq: “Paşinyanla müqayisədə Tonoyanın reytinqi daha yüksəkdir və yüksəlir”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan bildirib.

Dünən erməni mətbuatında Ermənistan Müdafiə naziri Davit Tonoyanın istefası haqqında xəbərlə fırtına qoparıb. Əlbəttə, həm Tonoyan, həm də Paşinyan bu xəbəri cəld şəkildə təkzib ediblər, bundan sonra isə xəbəri yayan sayt yanlış məlumat üçün oxucularından üzr istəyib.

Lakin Tonoyanın istefa xəbəri haqqında artıq uzun zamandır danışılır. Bundan əvvəl mətbuat yazırdı ki, Ermənistan MTX-nin direktoru Artur Vanetsyan və Polis rəisi Valeri Osipyan istefa ərizələrini təqdim edəcəklər. Bunlar artıq baş verib, Osipyan hətta Baş nazirin baş müşaviri vəzifəsindən də istefa verib.

Mətbuatda yayılan məlumatlara görə, növbəti uzaqlaşacaq şəxs hazırda vəzifədə olan Tonoyandır.

“Güc strukturları rəhbərlərinin istefa tendensiyası var və özünə inamı olmayan Paşinyan gec-tez dəyişikliklər edəcək. Onun inamsızlığının bir neçə səbəbi var. Birincisi, həm Vanetsyan, həm Osipyan, həm də Tonoyan eyni tondadırlar və əvvəlki hakimiyyətlə müəyyən qədər əlaqələri var. Onların təsəvvürlərinə görə, ağlar və qaralar ayrılmırlar. Bütün bunlara görə onlar Paşinyan üçün sinfi düşmən hesab olunurlar, lakin bir sıra obyektiv və subyektiv səbəbləri nəzərə alsaq, onlar uyğunlaşmışdılar və işləyirdilər”,- deyə Bazoyan bildirib.

Politoloqun sözlərinə görə, əgər Valeri Osipyanın istefası Amulsar və “Sasna Tsrer”in bəzi üzvləri ilə Paşinyanın yaxınlaşması, Vanetisyanını istefası isə MTX-də köklü dəyişikliklərin edilməsi istəyi ilə bağlı idisə, Tonoyanın istefası üçün də bir sıra amillər əsas ola bilər”

“Tonoyanın reytinqi Paşinyandan fərqli olaraq daha yüksəkdir və yüksəlir. Paşinyanın reytinqi eniş yaşayır, hər bir hakimiyyət üçün belə bir şey təhlükəlidir. Tonoyanın Qarabağla bağlı işlətdiyi bəzi ifadələrə Azərbaycanda sərt şəkildə reaksiya verilib, Azərbaycan isə vasitəçilər vasitəsilə Tonoyanın vəzifədən azad olunması üçün Paşinyana təzyiq göstərməyə cəhd edir. Digər bir amil də budur ki, Tonoyan özbaşına addımlayan döyüşçü deyil və Paşinyanın gec-tez onu Müdafiə naziri vəzifəsindən azad edəcəyi məntiqlidir”, - deyə politoloq qeyd edib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az