Yaponiya Özünümüdafiə Qüvvələri Tokioda “PAC-3” təlimləri keçirib

Yaponiya Özünümüdafiə Qüvvələri Tokioda “PAC-3” təlimləri keçirib

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu Yaponiyanın son 6 ildə öz qurğularından və ABŞ hərbi obyektlərindən uzaqda etdiyi ilk belə təlim olub.

Yaponiya qüvvələri təlim zamanı raket buraxılış qurğularından, radar izləmə raketindən, enerji təchizatı vasitəsindən və düşmənin potensial hücumuna cavab vermək üçün lazım olan digər avadanlıqlardan istifadə qaydalarına əməl edib.

Təlimlər Şimali Koreyanın raket sınaqlarından sonra keçirilsə də, Yaponiya Müdafiə Nazirliyi təlimlərin raket sınaqlarına cavab olması xəbərini təkzib edib.

Sevinc Əliyeva

Mənbə: ordu.az