Rus politoloq: “Ermənistanın yeni hakimiyyəti ötən ilin yazından başlayaraq balansı pozur”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus politoloq Qriqori Trofimçuk “Valday” konfransı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrovun erməni tərəfinə yönəlmiş tənqidinə toxunarkən bildirib.

Trofimçukun sözlərinə görə, rus tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həll mövzusu ilə bağlı bu kimi müşahidələri münaqişə zonasında gərginliyə səbəb olmur.

“Bu, Paşinyana yönəlmiş bir siqnal idi. Rus tərəfi Paşinyanın Qarabağla bağlı bəyanatlarını yekunlaşdıraraq uzun müddət səssiz qaldı, nəhayət ona ilk siqnalı verdi. Mən bir ekspert kimi belə bir siqnalı gözləyirdim”, - deyə o bildirib.

O qeyd edib ki, Rusiya hər hansı tarazlığı pozmur, Ermənistanın yeni hakimiyyəti ötən ilin yazından başlayaraq balansı pozur.

Alpər Mövludoğlu

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Xəstəxanada olan Fatma Girikdən şad xəbər

SONRAKI XƏBƏR

Hindistan Baş nazirinin yeni təyyarəsi HHQ pilotları tərəfindən idarə olunacaq