Ərdoğan Avropanı ən zəif yerindən vurdu

Ərdoğan Avropanı ən zəif yerindən vurdu

"PKK, YPG-nın işğalını görməyənlər indi bizim atdığımız addımı tənqid edirlər. Siz kənarada dayanın, biz yolumuza davam edirik". Bunu ötən gün Suriyada başlatdığı "Barış pınarı" əməliyyatı ilə gündəmə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Türkiyənin kürdlərlə yox, terrorçularla problemi olduğunu qeyd edib. "Ey Avropa Birliyi, özünə gəl. Bizim əməliyyatımızı işğal hərəkəti deyə dəyərləndirməyə çalışsanız işimiz asanlaşar. Qapıları açarıq 3,6 milyon miqrantı sizə göndərərik. İndi durub pul hesablayırlar, ödəməyəcəyik deyirlər. Biz onsuz da sizdən nə isə alaraq hərəkət etmirik. 40 milyard dollar xərcləmişik. Bir o qədər də xərcləyib yolumuza davam edərik, amma qapıları da açarıq.

3 milyon suriyalıya öz torpaqlarında həyatlarına davam edə bilmələri üçün kömək edirik. Dünyada hansı ölkə bunu etdi? Heç kim. Bizi tənqid edən Ərəb və Avropa ölkələri görəsən neçə suriyalıya qapısını açıb?"

Türk lider adıçəkilən hərəkat başladıqdan sonra 109 terrorçunun zərərsizləşdirildiyini deyib. O, Türkiyənin planının hər kəsin öz evinə dönməsi olduğunu vurğulayıb.

"Öz ölkəsinə dönmək istəyib, lakin evi olmayanlar var. 1 milyon adam üçün yeni məskunlaşma yerləri inşa etməyi planlaşdırırıq. Türkiyənin heç kimin torpağında, malında gözü yoxdur".

Mənbə: istipress.com