YPG-nin 180 hədəfi məhv edildi: Türkiyə tərəfinin yaralıları var

YPG-nin 180 hədəfi məhv edildi: Türkiyə tərəfinin yaralıları var

Türkiyə Silahlı Qüvvələrinin "Sülh bulağı” əməliyyatı davam edir. Son məlumata görə, türk ordusu artilleriya həmləsi ilə Rasulyanda mövqe tutan terrorçuların mövqelərini darmadağın edib. Hazırda Rasulyan məntəqəsi tamamlə qara dumanların əhatəsindədir.

Türkiyə ordusunun artilleriya, quru qoşunları və hava hücumundan müdafiə qoşunlarının iştirakı ilə həyata keçirilən hücum zamanı YPG-nin 180-dan çox hədəfi vurulub.

Bu arada bəlli olub ki, YPG/PKK-nın mövqelərindən atılan mərmilər Ceylanpinardakı evlərində oynayan iki qardaşın yaralanmasına səbəb olub. Uşaqlar dərhal xəstəxanaya çatdırılıb.

Mənbə: veteninfo.az