Tbilisidə Azərbaycanın işğal edilmiş ərazilərində vandalizmə məruz qalmış abidələrlə bağlı konfrans keçirilib

Tbilisidə Azərbaycanın işğal edilmiş ərazilərində vandalizmə məruz qalmış abidələrlə bağlı konfrans keçirilib

Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində "Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyəti" adlı elmi-praktik konfrans keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, konfransda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən tarixi abidlərin qəsdən və məqsədyönlü şəkildə dağıntıya və ya təhrifə məruz qalması müzakirə edilib.

Konfransda “Xocavənd rayonunun memarlıq abidələr” adlı sənədli filmi nümayiş olunub.

Mənbə: apa.az