Finlandiya Suriyadakı əməliyyatlara görə Türkiyəyə silah ixracatını dayandıracaq

“Türkiyənin bu hərəkətləri Suriyadakı onsuz da mürəkkəb olan humanitar vəziyyəti ağırlaşdırdı və potensial olaraq yeni qaçqın böhranına səbəb ola bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Antti Rinne bildirib.

Finlandiya hökuməti Türkiyənin Suriyadakı əməliyyatlarını qınayaraq Ankaraya bütün silah ixracını dayandıracağını bildirib.

Cəmi üç həftə əvvəl Finlandiya hökuməti Türkiyəyə PUA-ların ixrac edilməsini təsdiqləyib.

Helsinki bütün bu kimi silah ixracatını dayandırıb.

Sevinc Əliyeva

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Kalaşnikov: "Azərbaycanda rus dilinə olan münasibəti başqalarına nümunə göstərmək olar"

SONRAKI XƏBƏR

"Barattson" özünün ilk səfirini təyin etdi (FOTO/VİDEO)