Ərdoğan AB və ərəb ölkələrinə od püskürdü: “Belə etsəniz, sərhədləri açacam…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyadakı hərbi əməliyyatını pisləyən Avropa Birliyi ölkələrini tənqid atəşinə tutub.

Sfera.az Rusuya mətbuatına istinadla xəbər verir ki, Ərdoğan həmçinin qərb tərəfdaşlarının Türkiyənin apardığı hərbi əməliyyatları işğalçılıq adlandıracaqları təqdirdə, qaçqınlar üçün sərhədləri açacağı ilə də hədələyib.

Ərdoğan çıxışında vurğulayıb ki, Brüssel "həmişə aldadıb və heç vaxt səmimi olmayıb”, eləcə də xatırladıb ki, Türkiyə " hər an terrorçuların hücumuna məruz qala bilər” və 3,5 milyon suriyalı qaçqını qəbul edib.

Bundan əlavə, o, Türkiyənin Suriyadakı hərbi əməliyyatını pisləyən Səudiyyə Ərəbistanının və Misirin hakim dairələrini də tənqid edib.

"Qoy Səudiyyə Ərəbistanı güzgüdə özünə baxsın. Yəməni hazırkı vəziyyətinə kim çatdırıb? Əvvəlcə qoy buna görə cavab versin. Sizin bizə söz demək haqqınız yoxdur. Misir ümumiyyətlə sussun. O dövlətin hakimi öz ölkəsində demokratiyanı öldürən şəxsdir”,- deyə, ölkə başçısı fikrini yekunlaşdırıb.

Selcan

Sfera.az

Sfera.az

ƏVVƏLKİ XƏBƏR

Spikerin qudası da yol üstündədir - Vaxt yetişib

SONRAKI XƏBƏR

Türkiyə-Suriya sərhədində son vəziyyət - VİDEO