Belçika deputatları Qarabağa qanunsuz səfər etdi

Belçika deputatları Qarabağa qanunsuz səfər etdi

Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə Belçikadan olan parlamentarilər gəlib.

Axar.az xəbər verir ki, qondarma rejimə gələnlər arasında senator, ATƏT-in Parlament Assambleyasının üzvü Mark Demesmeyker, Flamand parlamentinin üzvü Mark Hendriks və Belçikanın Alst şəhərinin merinin müavini Kərim Van Overmeyr yer alıb.

Parlamentarilər qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanla görüşüb.

Mənbə: axar.az