Zelenski milyarderə güzəştə getmədi

Ukrayna prezidenti Vladimir Zelenski hakimiyyəıtin “Privatbank”ı keçmiş ortağı, sahibkar İqor Kolomoyskiyə qaytarmaq niyyətində olmadığını deyib.

Cebhe.info-nun məlumatına görə, dövlət başçısı bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında açıqlama verib. Jurnalistin “Kiyev “Privatbank”ı Kolomoyskiyə qaytaracaqmı” sualına Vladimir Zelenski “Ukrayna yox” cavabını verib.

Qeyd edək ki, İqor Kolomoyskiyə məxsus “Privatbank” 2017-ci ildə məhkəmənin qərarı ilə özəlləşdirilib. Prezident seçkilərində Vladimir Zelenskiyə maliyyə dəstəyi verdiyinə görə, dövlət başçısının “Privatbank”ı Kolomoyskiyə qaytaracağı ehtimal edilirdi. Lakin belə bir addımın atılması V.Zelenskinin oliqarxiya sistemi ilə mübarizə siyasətinə ciddi zərbə vura bilər.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxdı

SONRAKI XƏBƏR

DÜNYADA 20 ŞİRKƏT PLANETİ ZƏHƏRLƏYİR