Moskva Dəməşqlə Ankaranı barışdırmağa çalışacaq – Lavrov

Moskva Dəməşqlə Ankaranı barışdırmağa çalışacaq – Lavrov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Sülh Bulağı" əməliyyatı zamanı 109 terrorçu zərərsizləşdirilib.

BAKI, 10 oktyabr — Sputnik. Moskva Dəməşq və Ankara arasında dialoqun başlamasına nail olmağa çalışacaq. Sputnik Azərbaycan ""-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyada hərbi əməliyyatı barədə danışarkən qeyd edib.

"Biz Türkiyə və Suriya Ərəb Respublikası arasında dialoqun başlamasına nail olmağa çalışacağıq", - deyə Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Lavrov eyni zamanda vurğulayıb ki, Moskva Ankaranın təhlükəsizliklə bağlı narahatlığını anlayır: "Biz Suriyada böhran başlayandan bəri Türkiyə Respublikasının öz sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq. Lakin bu narahatlıq rəsmi Dəməşqin maraqları nəzər alınmaqla aradana qaldırılmalıdır".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən ötən gün Suriyanın şimal-şərqində başladılan "Sülh Bulağı" əməliyyatı davam edir. Əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Sülh Bulağı" əməliyyatı zamanı 109 terrorçu zərərsizləşdirilib.

Mənbə: sputnik.az