Respublikaçılar Türkiyəyə qarşı sanksiyaların tətbiqinə çağırır

ABŞ prezidenti və Konqresin respublikaçı üzvləri arasında fikir ayrılıqları dərinləşməkdədir.

Prezidentin Suriya siyasətini gündəmə gətirən qanunvericilər Suriyada kürd döyüşçülərə qarşı hücuma keçən Türkiyəyə “sarsıdıcı” sanksiyaların tətbiqini təklif edib.

Respublikaçı senator Lindsi Qrem və onun demokrat həmkarı Krin Ban Hollen Türkiyəyə qarşı ölçüləri açıqlayıb.

Onlar prezident Rəcəb Tayyib Ərdoğan da daxil edilməklə, Türkiyənin yüksək səlahiyyətli rəsmilərinə qarşı sanksyalar tətbiq etməklə yanaşı, Rusiyadan S-400 raketlərdən müdafiə sistemi alan Türkiyənin cəzalandırılması və Türkiyə rəsmilərinə viza məhdudiyyətlərinin qoyulmasını təklif edib.

Bundan əlavə Türkiyədə hərbi alqı-satqı həyata keçirən fərdlərə sanksiya tətbiq edilməsi, Amerikanın Ankaraya hərbi yardımının dayandırılması və Ərdoğanın kapitalı və aktivləri haqda hesabat hazırlanması tələb olunub.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Səudiyyə və Misiri “topa tutdu”

SONRAKI XƏBƏR

Məhkəmə jurnalistə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata götürüb