Zelenski Trampın onu şantaj etmədiyini deyir

Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, o, prezident Donald Trampla telefon danışığından öncə hərbi yardımın dayandırıldığını bilmirdi.

Zelenksi oktyabrın 10-da administrasiyasının “bütün gün davam edən marafon” adlandırdığı mətbuat konfransında müxbirlərə deyib ki, həmin telefon danışığında “heç bir şantaj olmayıb”.

Mən hərbi yardımın dayandırıldığını bilmirdim. Öyrənəndə, bu məsələni Varşavada vitse-prezident Mayk Penslə müzakirə etdim.

Volodimir Zelenski

"Mən hərbi yardımın dayandırıldığını bilmirdim. Öyrənəndə, bu məsələni Varşavada vitse-prezident Mayk Penslə müzakirə etdim”, o deyib.

Nümayəndələr Palatasının demokratları Trampın impiçmenti ilə nəticələnə biləcək təhqiqat başladıblar.

Həmin təhqiqatın diqqət mərkəzində Trampın iyulun 25-də ukraynalı həmkarı ilə telefon danışığı yer alır. Həmin telefon danışığında Tramp Zelenksidən sabiq vitse-prezident Con Bayden ilə onun Ukraynada biznes əlaqələri olan oğlu Hanterlə bağlı araşdırma aparmasını istəyib.

Demorkatlar iddia edir ki, Tramp Zelenskini hərbi yardımı dayandırmaqla hədələyərək ona Baydenlə bağlı araşdırma aparması üçün təzyiq göstərib.

Tramp yanlış nə isə etdiyini inkar edir. Baydenin Ukrayna ilə bağlı hər hansı səhv hərəkət etdiyinə dair isə dəlil yoxur.

Volodimir Zelenski və Donald Tramp

Zelenksi oktyabrın 10-da keçirilən mətbuat konfransında onun Trampla görüşünün ilkin şərtlərinin olmadığını düşündüyünü deyib.

Ağ Ev Zelenski ilə Tramp arasında olan telefon danışığının xülasəsini yayıb.

Ağ Evin xülasəsinin Ukraynanın xülasəsi ilə üst-üstə düşüb-düşmədiyinə dair suala cavab olaraq Zelenski deyib ki, o, bunu yoxlamayıb amma onların “tamamilə üst-üstə düşdüyünü” düşünür.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Səudiyyə və Misiri “topa tutdu”

SONRAKI XƏBƏR

Məhkəmə jurnalistə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata götürüb