MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2020-ci il aprelin 3-də Qazaxıstanda keçiriləcək.
"Report" Türkmənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Aşqabadda keçirilən builki iclasda açıqlanıb.
Həmçinin sənədlərin layihələrinə baxıldığı və bir sıra sazişlər imzalandığı qeyd olunur.
Mənbə: report.az