ABŞ yaxın zamanda öz hərbçilərinin böyük hissəsini Suriyanın şimalından çıxaracaq.
Cebhe.info xəbər verir ki, bu barədə “Reuters" öz mənbəyinə istinadən yazıb.
Məlumata görə, qoşunların çıxarılma vaxtı hələ dəqiq məlum deyil, ancaq söhbət artıq həftələrdən yox, günlərdən gedir.
Bundan əvvəl Pentaqon rəhbəri Mark Esper bildirmişdi ki, Türkiyənin başlatdığı "Sülh çeşməsi" əmliyyatı fonunda ABŞ minə yaxın hərbçisini bölgədən çıxaracaq. Qoşunların tam olaraq Suriyadan çıxarılması iki həftəyə qədər zaman apara bilər.
Xəzər
Cebhe.info
Mənbə: cebhe.info