Razi Nurullayev İsa Qəmbəri və Arif Hacılını təbrik etdi

Razi Nurullayev İsa Qəmbəri və Arif Hacılını təbrik etdi

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının dünən keçirilən IX qurultayında gizli səsvermə yolu ilə yeni başqan seçilib. Arif Hacılı 262 səslə növbəti 4 il müddətinə Müsavatın başqanı seçilib. Onun rəqibləri Tofiq Yaqublu 51, Yadigar Sadıqlı 20 səs alıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Arif Hacılını başqan seçilməsi münasibətilə təbrik edib.

AXCP sədri özünün "Facebook" statusunda yazıb: “Hörmətli Arif Hacılını demokratik seçkilərlə Müsavat Partiyasının başqanı seçilməsi münasibətilə təbrik edir və ona ən gözəl arzularımı çatdırıram. Ümid edirəm ki, onun ikinci dönəm rəhbərliyi altında Müsavat Partiyası xalq və millətin rifahı naminə yeni inkişaf mərhələsinə qədəm qoya biləcək. Partiyanın lideri İsa bəyi də təbrik edirəm. Cəsarət və uzaqgörənlik edərək doğru çağırışla partiyanın inteqrasiyasını qorumuş oldu. Uğurlar sizinlə olsun!”.

Aydın

Cebhe.info

 

 

Mənbə: cebhe.info