“Əsəd ordusunun türklərin qarşısına çıxmağa cəsarəti çatmaz” – General

“Əsəd ordusunun türklərin qarşısına çıxmağa cəsarəti çatmaz” – General

“Bəşər Əsəd ordusu Türkiyə Silahlı Qüvvələri ilə döyüşmək gücündə deyil, onlar kürdlərdən də zəifdir”.

Teleqraf.com xəbər verir ki, bunu türk general Fahri Erenel deyib.

Ehtiyatda olan general Bəşər Əsəd ordusu ilə Türkiyə Silahlı Qüvvələri arasında ehtimal olunan döyüşlərdən danışıb:

“Suriya rejiminin ordusunun sayı Fərat çayının sahillərindəki terrorçulardan daha azdır. Suriya rejiminin ordusu bacarıqsız bir dövlətin qarətçi ordusudur. Türk ordusunun qarşısına çıxmağa cəsarət edə bilməz”.

Mənbə: teleqraf.com