Aİ-dən Türkiyəyə çağırış: Qoşunlarınızı çıxarın

Aİ-dən Türkiyəyə çağırış: Qoşunlarınızı çıxarın

Bəyanatda Aİ, həmçinin Suriya dövlətinin tamlığını, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirilib

BAKI, 14 oktyabr — Sputnik. Avropa İttifaqı (Aİ) Türkiyəni Suriyanın şimal-şərqində həyata keçirdiyi əməliyyatı dayandırmağa və qoşunlarını bu ölkədən çıxarmağa çağırıb.

Sputnik Azərbaycan -yə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirlərinin bazar ertəsi qəbul etdiyi bəyanatında deyilir.

Aİ bəyanatında Türkiyənin hərbi əməliyyatını qınadığını və bu əməliyyatın "bütün regionda sabitliyi və təhlükəsizliyi ciddi olaraq sarsıtdığını" deyib.

"Bu həmçinin İŞİD-lə mübarizə üzrə qlobal koalisiyanın əldə etdiyi əhəmiyyətli irəliləyişi sarsıdır", - Aİ Şurasının Lüksemburqdakı nümayəndələrinin yaydığı bəyanatda deyilir.

Bəyanatda Aİ, həmçinin Suriya dövlətinin tamlığını, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirilib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimalında "Kürdüstan Fəhlə Partiyası" və İŞİD terror təşkilatlarına qarşı "Sülh bulağı" adlı əməliyyatın başladığını elan edib.

Mənbə: sputnik.az