Buraxın, Əsəd Türkiyə ilə müharibə etsin - Tramp

İŞİD-in 100 faizə yaxınını məğlub etdikdən sonra əsgərlərimizin əksəriyyətini Suriyadan çıxardım. Buraxın, Əsəd kürdləri qorusun və öz torpaqları üçün Türkiyə ilə müharibə etsin.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Generallarımıza dedim ki, niyə düşmənimizin torpağını qorumaq üçün Suriya və Əsəd üçün vuruşaq? Kürdləri qorumaq adına Suriyaya yardım etmək istəyən biri varsa, mənə deyin. Bu Rusiya, Çin və ya Napoleon Bonapart da ola bilər. Ümid edirəm ki, hər şey yaxşı gedər, biz 7 min mil uzaqdayıq!" - Tramp qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Sosial şəbəkələrdə kriptovalyuta haqqında rəylər

SONRAKI XƏBƏR

Yens Stoltenberq: “Türkiyə NATO üçün çox önəmlidir”