Erməni general: Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır

"Paşinyan olduqca pis səhv edib və bu, çox təhlükəlidir" - Balasanyan

Separatçı "DQR"in "Milli Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyan yenidən səs-küyə səbəb olan açıqlama verib.

"Ermənistanın Baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır, vəssalam" bəyanatı ilə görünür demək istəyib ki, sizin ümumi rəhbəriniz və ya sahibiniz mənəm".

Ordu.az erməni Kİv-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun "Təhlükəsizlik Şurası"nın sabiq rəhbəri Vitali Valasanyan işğal altında olan Xankəndində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Paşinyan olduqca pis səhv edib və bu, siyasətdə normal deyil, çox təhlükəlidir.

“Sputnik Ermənistan”ın yazdığına görə, o, həmçinin mətbuat konfransında olanları inandırıb ki, MDB başçılarının Düşənbədəki sammitinin kuluarlarında liftdə Nikol Paşinyan və İlham Əliyevin nə barədə danışdıqlarını bilir.

“Bizim öz mənbələrimiz var. Baş nazirin kimlə görüşdüyünü bilirik, lift diplomatiyasından xəbərdarıq. Ancaq bütün bunlar barədə sadə bir səbəbdən danışmadıq. Biz baş nazirin Əliyevlə nə barədə danışdıqlarını təqdim etməsini gözlədik", - deyə separatçı vurğulayıb.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Düşənbədə Müstəqil Dövlətlər Birliyinin zirvə toplantısı keçirilib, həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak ediblər. O vaxt televiziya kameraları İlham Əliyevlə Nikol Paşinyanın eyni liftdə birlikdə qalxdıqları anı qeydə almışdılar.

"Əminəm ki, Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında razılaşma var. Belə ki, Paşinyan bəyanat versin və qondarma qurum danışıqlar prosesinə qayıtmasın", - deyə Balasanyan vurğulayıb.

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Xarici jurnalistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb

SONRAKI XƏBƏR

Tarixçi: Zəngəzurun Ermənistana verilməsi türkdilli dövlətlər arasında bağların zəifləməsinə səbəb oldu