“Azərbaycan tez bir zamanda Qarabağda hərbi əməliyyatlara başlamalıdır” - EKSPERT

“Azərbaycan tez bir zamanda Qarabağda hərbi əməliyyatlara başlamalıdır” - EKSPERT

“Minsk qrupunun həmsədrləri yenidən regiona səfərə gəlib. Onlar ilk öncə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması məsələləri müzakirə edilib”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Azərbaycanın tez bir zamanda Qarabağda hərbi əməliyyatlara başlamalı olduğunu vurğulayıb:

“Əgər danışıqlarda müsbət bir irəliləyiş olsa idi, Aşqabadda Azərbaycan və Ermənistan liderləri arasında soyuq küləklər əsməzdi. Azərbaycan qəti şəkildə həmsədrlərin bu səfərlərinə mənasız yanaşır. Demək olar ki, Ermənistan bütün danışıqları sabotaj edir və "Hamının-hamıya" prinsipi ilə əsirlərin dəyişdirilməsindən yayınır. Rəsmi Bakının girovların dəyişdirilməsinə nail ola bilməyən bu formatdan imtina etməsinin zamanıdır.

Azərbaycanın seçim imkanı qalmır, danışıqlar nəticəsizdir, hərbi variantın masaya yatırılması mütləqdir. İşğalçının növbəti dəfə cəzalanması gözlənilir. Artıq atəşkəs status-kvonun qorunması deməkdir. Dünyada şərtlər dəyişir. Azərbaycan Qarabağın ətraf rayonlarını nəzarətə götürmək üçün antiterror əməliyyatlarına başlaya bilər”.

Səyad Həsənli
Cebhe.info

 

 

Mənbə: cebhe.info