Paşinyan Saakyanı İrəvana çağırdı – İşğalçılar təşviş içində

Bu gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejimin başçısı Bako Saakyan arasında görüş keçirilib.

Görüşün əvvəlində çıxış edən Paşinyan deyib: “Bugünkü görüşümüz son vaxtlar baş tutan görüşlər, müzakirələr və təəssüratları bölüşmək məqsədi daşıyır".

Öz növbəsində Bako Saakyan “bir sıra əlamətdar hadisələrin baş verdiyini” qeyd edib. Əlavə edib ki, “mən sizə bütün bunlar barədə məlumat verəcəyəm”.

Bu görüşün son vaxtlar Azərbaycanın maraqlarına cavab verən bir sıra hadisələr fonunda keçirilməsi diqqətdən yayınmır. Belə ki, oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Prezidenti tarixi çıxış edib. Bir neçə gün sonra - oktyabrın 11-də isə İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında N.Paşinyana tutarlı cavab verib. Eyni zamanda Paşinyan-Saakyan görüşünün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirildiyi günlərdə baş tutması təsadüfi hesab oluna bilməz. Görünür, “tərəflər” məhz son vaxtlar baş verən bütün bu tədbirləri əsas götürərək, mövqelərinin zəiflədiyini başa düşərək “məsələhətləşmələr" aparmaq qərarına gəliblər.(Teleqraf.com)

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Qarabağ heç vaxt Ermənistanın əyaləti olmayacaq”- Xankəndidən Paşinyana hədə...

SONRAKI XƏBƏR

“Mən Azərbaycandan ermənilərin hamısının getməsinə tərəfdar deyiləm...”