“Qarabağ heç vaxt Ermənistanın əyaləti olmayacaq”- Xankəndidən Paşinyana hədə...

“Qarabağ heç vaxt Ermənistanın əyaləti olmayacaq”- Xankəndidən Paşinyana hədə...

Bu gün separatçı erməni rejiminin qəhrəmanı “Artsax naminə hərəkat”ın təşəbbüskarı Vitali Balasanyan Xankəndidə keçirdiyi mətbuat konfransında Paşinyan rejiminin əleyhinə çıxışlar edib.

Moderator.az xəbər verir ki, o, işğalçı ölkə baş nazirinin “Qarabağ - Ermənistandır” fikrinə qarşı danışaraq “Qarabağ heç vaxt Ermənistanın əyaləti olmayacaq...” cavabını verib. Lakin əvəzində həyasız separatçı "Artsax -ikinci erməni dövlətidir" deyib.

P.S. Bütün bunlar bir hissəsi ABŞ-Avropa, digər hissəsi isə Rusiya tərəfindən kurasiya olunan qrupların qarşıdurması ilə müşayiət olunaraq qondarma "Qarabağ münaqişəsi"nin uzadılmasına, Azərbaycan xalqının başının qatılmasına, guya "ermənilər öz aralarında didişəcək- Qarabağ azad olunacaq" xülyasına qapılmasına xidmət edən beynəlxalq manipulyasiya oyunlarının tərkib hissəsidir...

Sultan Laçın

Mənbə: moderator.az