İbrahim Qalın: “Əsəd rejimi ilə görüşümüz nəzərdə tutulmur”

İbrahim Qalın: “Əsəd rejimi ilə görüşümüz nəzərdə tutulmur”

“Əsəd rejimi ilə rəsmi olaraq görüşümüz yoxdur və olacağı da gözlənmir. Ehtiyac olduqda, özəlliklə hərbiçilərimizin təhlükəsizliyinə dair bir problem yarandıqda, Rusiya və ya İran üzərindən mesajlar göndərilir”

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə prezidentinin sözcüsü İbrahim Qalın jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.

İbrahim Qalın deyib ki, Türkiyənin məqsədi Astana və Cenevrə razılaşmalarına uyğun olaraq Suriyada müvəqqəti hökumətin qurulmasını və bundan sonra Suriya xalqının öz iradəsinə uyğun olaraq seçdiyi dövlət başçısı ilə əməkdaşlıq qurmaqdır.

O bildirib ki, Rusiya ilə Türkiyənin Suriya mövzusunda görüşləri davam edir: “Hazırda rejimlə anlaşan PYD Rusyanı öz tərəflərinə alaraq yeni oyunların ardınca düşüblər. Amma Ruisya bizim bu mövzuda nə qədər ciddi olduğumuzu bilir. Dünən axşam da Putinlə Ərdoğanın görüşü olub, önümüzdəki günlərdə bu mövzuda ətraflı müzakirələr olacaq. Biz bu mövzuda Rusiya, İran, ABŞ və Avropa ölkələrinə qərarımızı bildirmişik”.

Mənbə: apa.az