Ukraynada Donbasla bağlı mitinq keçirilir - “Ştaynmayer formulu” qəbul olunmur

Ukraynanın paytaxtı Kiyevdə və Xarkov Lvov kimi şəhərlərdə ölkənin şərqində gedən münaqişəni nizamlamaq yolunda atılan addımlardan biri olaraq bilinən və prezident Vladimir Zelenskinin də razılıq verdiyi “Ştaynmayer formulu” əleyhinə mitinqlər keçirilir.

İştirakçıların fikrincə, bu il oktyabrın 1-də imzalanan bu plan ölkənin milli maraqlarına tam xəyanətdir. Xatırladaq ki, Almaniyanın prezidenti və sabiq xarici işlər naziri Frank Valter Ştaynmayer tərəfindən hazırlanmış sözügedən plan Donbas regionuna Ukrayna tərkibində xüsusi status verilməsini və burada Ukrayna qanunlarına əsasən seçkilər keçirməyi nəzərdə tutur.

Atv.az

Atv.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə NATO-dan çıxarıla bilərmi?

SONRAKI XƏBƏR

Tramp: Türklər savaşa nahara gedirmiş kimi gedir – VİDEO