ABŞ rəsmisi: Türkiyə Suriyada hərbi müdaxiləni dayandırır

ABŞ rəsmisi: Türkiyə Suriyada hərbi müdaxiləni dayandırır

Türkiyə Suriyanın şimalına hərbi müdaxiləyə fasilə verməyə razılaşıb, YPG beş gün ərzində sərhəddən 32 km cənuba çəkiləcək.

Bunu Türkiyədə prezident Recep Tayyip Erdoğanla görüşündən sonra ABŞ prezidentinin köməkçisi Mike Pence mətbuata açıqlamasında deyib.

Türkiyə hərbi əməliyyatlarını 120 saat ərzində dayandıracaq, bu müddət ərzində isə ABŞ, əsasən kürdlərdən təşkil olunan YPG-nin geri çəkilməsinə yardım edəcək, məlumatda deyilir.

Mike Pence deyib ki, YPG çəkiləndən sonra Türkiyə "Barış Pınar hərəkatını" dayandıracaq.

Pence əlavə edib ki, iki ölkə "təhlükəsiz bölgə araşdırması çərçivəsində birgə işləyəcəklər".

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, "bu əraziyə nəzarət Türkiyədə olacaq".

Türkiyə oktyabrın 9-da Suriyanın şimalına doğru irəliləyib. Türkiyənin məqsədi sərhədində "təhlükəsiz bölgə" yaratmaqdır.

Erdoğan hakimiyyəti Suriya-Türkiyə sərhəddində məskunlaşmış, özünü İslam Dövləti adlandıran silahlı qruplaşma ilə mübarizədə ABŞ-ın müttəfiqi olmuş YPG-ni PKK-nın bir qolu sayır.

PKK Türkiyədə terror təşkilatı kimi tanınır.

Mənbə: www.bbc.com