Britaniya və Avropa İttifaqı Brexit anlaşmasına gəldi

Britaniya və Avropa İttifaqı Brexit anlaşmasına gəldi

Cümə axşamı Avropa Birliyi sammitinə bir neçə saat qalmış İngiltərə və Avropa Birliyi nəhayət təsdiq möhürü vurulacağı gözlənilən Brexit razılaşması əldə edib.

Lakin Britaniya parlamenti Baş Nazir Boris Consonun dəstəklədiyi razılığı şənbə günü dəstəklədiyi razılığı şənbə günü təsdiq etməlidir və bunun baş verəcəyi hələ də məlum deyil.

Razılaşma əldə edilib-edilmədiyindən asılı olmayaraq Britaniyanı Avropa Birliyindən çıxacağını vəd edən Conson Twitter səhifəsində yazıb:

`Nəzarəti geri alacaq yeni bir razılaşma var. Parlament şənbə günü Brexiti təsdiq etməlidir.`

Avropa Birliyi rəsmiləri Avropa Şurasının sammitində böhrandan yayındıqları üçün məmnun olduqlarını bildirib və Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avroa Birliyinin digər 27 liderinə razılaşmanı dəstəkləməyi tövsiyə edib.

"Artıq bir razılaşma var! Bu, Avropa Birliyi və Britaniya üçün ədalətli və balanslı bir razılaşmadır və həll yolunu tapmağımıza sübutdur," deyə Yunker Twitterdə bildirib.

Razılıq layihəsi 40 ildən çox bir müddətdə birliyə üzv olan Britaniyanın ən yaxın qonşuları ilə iqtisadi və siyasi əlaqələrə son qoyaraq, oktyabrın 31-də bloku tərk etməsindən bir neçə həftə əvvəl hazırlanmışdı.

Mənbə: www.amerikaninsesi.org