Ərdoğan alman naziri «tənbeh» etdi – Qeyri-peşəkarlığına görə

«AzPolittika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğan Almniyanın xarici işlər naziri Hayko Maası Suriyada həyata keçirilən hərbi əməliyyatlar fonunda «diletant» adlandırıb.

Maas belə bir təşəbbüslə çıxış edib ki, Almaniyadan Türkiyəyə ixracat məhdudlaşdırılmaıdır. Bundan sonra Ərdoğan onu qeyri-peşəkardıqda qınayıb («Bild»). Türkiyə prezidentinin sözlərinə görə, almaniyalı nazir «siyasətdən heç nə qanmır», əks təqdirdə o, «belə danışmazdı».

Ərdoğan həm də bəyan edib ki, silah ixracının məhdudlaşdırılması Türkiyəyə yox, Almaniyanın özünə ziyan vuracaq.

Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə lideri ABŞ prezidenti donald Trampın məktubunu zibil qutusuna atıb. Donald Tramp məktubda Ərdoğana yazıbmış ki, «axmaq olma». O, həm də Ərdoğanı Türkiyə iqtisadiyyatını məhz edəcəyi ilə hədələyibmiş.

Bütün bunlardan sonra, Tramp «Tvitter» səhifəsində yazıb: «Ərdoğana təşəkkür edirəm!».

Dünən yayılan bir xəbərdə isə deyilir ki, Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu ABŞ-n vitse-prezidenti ilə görüşündə deyib: «Tramp 5 dəqiqədən bir fərqli «tvit» yazır – hansına inanaq?».

Belədə, məntiqi sual yaranır: Axmağa kim oxşayır?

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI

SONRAKI XƏBƏR

"Real" ilin transfer bombasını partladır - FOTO yayıldı