AMEA-da islahatlar gedir – Əlizadə açıqladı

AMEA-da da islahatlar lazımdır, ancaq bu islahatlar ehtiyatla aparılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri AMEA prezidenti Akif Əlizadə Real TV-yə müsahibəsində deyib.

A.Əlizadə deyib ki, hazırda Akademiyada islahatlar aparılır:

“İslahatları bir az da genişləndirmək, ciddiləşdirmək də olar, amma tədricən etmək lazımdır. Çünki bu, sosial məsələlərlə birbaşa bağlıdır. Düşünülməmiş islahat bir qrup alimin sosial vəziyyətində gərginlik yarada bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmana əsasən, təkliflər 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməli idi.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan siyasətində döyülmüş tülkücüklər deyil, şirlər qalib gəlir

SONRAKI XƏBƏR

"Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib