Fransız siyasətçidən təklif: "Gəlin Türkiyəni çıxaraq"

Fransız siyasətçidən təklif: "Gəlin Türkiyəni çıxaraq"

Marin Le Pen Avropa İttifaqını "fəaliyyətsizlikdə və heç bir təklif irəli sürməməkdə" ittiham edib. Onun fikrincə, Ankara Alyansın "kriteriyalarını pozub"

BAKI, 20 oktyabr — Sputnik. Fransanın "Milli Birlik" partiyasının lideri Marin Le Pen Türkiyəni NATO sıralarından çıxarmağı təklif edib.

Sputnik Azərbaycan -yə istinadən bildirir ki, bu barədə o, RCİ telekanalının efirində deyib.

Bir müddət əvvəl Türkiyənin Suriyada "Sülh bulağı" əməliyyatına başlaması səbəbilə Fransa, Almaniya, Norveç, İspaniya kimi NATO ölkələri Ankaraya silah ixracını dayandırdıqlarını bəyan ediblər. Avropa İttifaqı, artıq qəbul edilmiş qərarları nəzərə alaraq, Türkiyəyə silah tədarükü ilə bağlı siyasətin əlaqələndirilməsinə, lisenziyaların verilməsi və silah satışının dayandırılmasına razılıq verib. Ancaq silah embarqosu qoymaq barədə yekun qərar verilməyib, çünki Türkiyə NATO üzvüdür, bu isə NATO üzvü olan digər Avropa İttifaqı ölkələrinin üzərinə müəyyən öhdəliklər qoyur.

Marin Le Pen Avropa İttifaqını "fəaliyyətsizlikdə və heç bir təklif irəli sürməməkdə" ittiham edib. Onun fikrincə, Türkiyənin "aqressiyası"na mümkün cavab onun NATO-dan çıxarılması olardı, çünki Ankara Alyansın "kriteriyalarını pozub".

Mənbə: sputnik.az