Mirşahin mitinqdən danışdı: "Hər şey xaricin müdaxiləsi ilə baş verir - VİDEO

Mirşahin mitinqdən danışdı: "Hər şey xaricin müdaxiləsi ilə baş verir - VİDEO

"Beləliklə, müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakıda icazəsiz aksiya keçirmək istəyənlərin cəhdinin əslində haralara gedib çıxdığını siz də artıq bilirsiz".

BAKU.WS-in məlumatına görə, bu sözləri Mirşahin Ağayev Real tv-nin efirində yayımlanan "Mir Şahinin vaxtı" verilişində deyib.

O bildirib ki, hər şey xaricin müdaxiləsi və müşayiəti ilə baş verir.

"Azərbaycan Dövləti öz müstəqilliyini qoruyur. Öz vətəndaşlarının təhlükəsizliyini qoruyur. Sosial şəbəkələrdə tez-tez məlumat yayılır ki, guya aksiyada iştirak etmək istərkən çoxlu adam xəsarət alıb. Aldığımız rəsmi məlumat isə bundan ibarətdir ki, oktyabrın 19-da cəmi bir nəfər xəstəxanaya müraciət edib və yardım alandan sonra dərhal evə buraxılıb.

Polisin ifrat qəddarlığı mövzusu da sosial şəbəkələrdə günün dəblərindəndir. Əslində isə polis ilk gündən peşəkar xidmət nümayiş etdirib. Həm icazəli piketdə, həm də icazəsiz aksiya zamanı şəhərdə asayişin qorunmasında. Rəsmi qurumlar mitinqin yalnız icazə verilən ərazidə keçirilməsini tövsiyə ediblər. Polis dəfələrlə bildirib ki, icazəsiz aksiyaya yol verilməyəcək. Aksiyadan iki gün əvvəl, bir gün əvvəl təşkilatçılara xəbərdarlıq edilib.

İcazəsiz aksiya ərəfəsində hamıdan geri çəkilmək tələb olunub. Bütün bunlardan sonra isə asayişin bərpası istiqamətində addımlar atılıb. Polis ola bilsin bəzən sərt addımlar da atıb, amma o qarşısındakından fərqli olaraq qanunu pozmayıb, qanunun ona verdiyi izn çərçivəsində davranıb. Yüksək peşəkarlıqla. Bu gün Azərbaycan tarixinin ən müstəqil dövrünü yaşayır. Bundan artıq müstəil olmaq sadəcə mümkün deyil. Bu gün ortaya nə qoyulub?", - deyə Mir Şahin bildirib.
BAKU.WS

Mənbə: baku.ws