Əli Kərimlinin şənbə təxribatı: Azərbaycanda sabitliyi pozma cəhdinin arxasında kimlər dayanır?

Əli Kərimlinin şənbə təxribatı: Azərbaycanda sabitliyi pozma cəhdinin arxasında kimlər dayanır?

Əli Kərimlinin şənbə təxribatı: Azərbaycanda sabitliyi pozma cəhdinin arxasında kimlər dayanır?Əli Kərimlinin şənbə təxribatı: Azərbaycanda sabitliyi pozma cəhdinin arxasında kimlər dayanır?

Dünən radikal müxalifətin Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdinin qarşısı qətiyyətlə alındı.

Radikalların nəyə görə bu təxribat üçün şəhərin mərkəzini seçmələri isə heç də təsadüfi deyil. Xalq arasında heç bir nüfuzu və sosial dayağı olmayan bu təşkilatların, onlara mitinq keçirmək üçün hakimiyyət orqanlarının təqdim etdikləri yerlərdən imtina etməsinin əsas səbəbi də məhz tərəfdarlarının sayının az olmasıdır.

Şəhərin mərkəzi insanların işlədiyi, istirahət etdiyi, həmişə gediş-gəlişin gur yeri olduğundan, azsaylı tərəfdarlarını şəhərin bu hissəsinə yığmaqla radikal müxalifət ilk növbədə özünü ölkə gündəminə gətirməyi hədəfləyirdi.

Ölkəmizə gələn xarici turistlərin 80-90% məhz Bakıya gəlməsini, onların arasında tanınmış bloqerlərin də olmasını və onların əksəriyyətinin qalmaq üçün məhz mərkəzdəki otelləri tərcih etməsini, bununla da mərkəzdə belə bir təxribatı həyata keçirməklə, müxalifət əsasən həm də müəyyən mənada cılız aksiyası haqda xarici KİV-lərdə də məlumatların yayılacağına ümid edirdi. Amma şənbə günü səhərdən polis öz təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə almış, şəhərin mərkəzi hissəsindəki küçələr, ictimai iaşə müəssisələri və dövlət qurumlarının binalarının mühafizəsini gücləndirmişdi. Şənbə günü bəzi özəl şirkətlər və ticarət obyektlərində iş günü olduğundan vətəndaşlar səhər tezdən işə tələsirdilər. Günortaya yaxın isə sosial şəbəkələrdə spekulyasiyalar başladı. Əli Kərimli və ona yaxınlığı ilə bilinən bəzi şəxslər özlərinin səhifə və profillərində tərəfdarlarını şəhərin mərkəzinə yığışmağa çağırmağa başladılar. Çağırışlarda açıq-aşkar polisə və dövlət nümayəndələrinə itaətsizlik göstərilməsi, o cümlədən qarşıdurmaya sövq etmə belə var idi.

Günortaya yaxın sosial şəbəkələrdə və radikallara yaxınlığı ilə bilinən bəzi internet saytlarında guya Əli Kərimli başda olmaqla bəzi müxalifət nümayəndələrinin evlərinin polis tərəfindən mühasirəyə alınması haqda əsassız və yalan xəbərlər yayılmağa başladı. Müxalifətin trolları hətta Əli Kərimlinin evindən çölə buraxılmadığnı iddia edərək, tərəfdarlarını onun yaşadığı ünvana dəvət etdilər.

Bundan təxminən 1 saat sonra Əli Kərimli bir neçə tərəfdarının əhatəsində şəhərin düz mərkəzində peyda odu. Ətrafda polisin olmadığı müxalif medyanın çəkdiyi kadrlardan belə aydın görünür. Daha sonra Əli Kərimli və yanındakılar anlaşılmaz ifadələr və şüarlar qışrırmağa başlayırlar. Bu hal bir neçə dəqiqə davam edir. Onların “fəryad”ını görüntüləyən kameralarda heç bir heç bir polis işçisi görünmür. Daha sonra Əli Kərimli tərəfdarları küçənin ortasına doğru irəliləyirlər və bu zaman onları polis əməkdaşları saxlayırlar. Heç bir müdaxilə və zor tətbiq etməyən polis təəccüblə qışqırtısı yeri-göyü götürən Əli Kərimlinin sakitləşməsini gözləyir. Bu zaman Əli Kərimli və onun qoluna girmiş şəxslər polisin üzərinə yeriyir və anlaşılmaz şüarlar hayqırmağa başlayırlar. Polis məcburiyyət qarşısında ictimai asayişi və vətəndaşların rahatlığını pozan şəxsləri küçənin kənarına doğru aparır. Bundan sonra Əli Kərimlinin ətrafındakılar polisə hücum edərək aralığı qarışdırırlar. Sonrası isə Əli Kərimli və əlaltılarının bəzilərinin polis tərəfindən saxlanılması ilə nəticələnir.

Burada birinci sual doğuran məsələ budir ki, əgər Əli Kərimli və digər müxalifət nümayəndələri evlərindən bayıra buraxılmırdılarsa, arasından yarım saat keçməmiş onlar şəhərin mərkəzinə necə gəlib çıxdılar? Deməli Əli Kərimli və digər müxalifət nümayəndələrinin evlərinin polis tərəfindən mühasirəyə alınması iddiası yalandır!

İkinci sual doğuran məsələ isə artıq polisdə ifadəsi alınan Əli Kərimlinin “vəhşicəsinə döyüldüm, işgəncəyə məruz qaldım” iddiasıdır.

O, polis idarəsində sakit şəkildə hərəkətlərinin qeyri-qanuni olması haqqında verilən xəbərdarlığı dinlədi. Alnından zədəni isə təsadüf nəticəsində avtobusda aldı. Saxlanılma zamanı özünü qeyri-adekvat və isterik şəkildə aparıb və nəticədə zədə alıb. Bu haqda kifayət qədər video kadrlar və fotoşəkillər var.

Sosial şəbəkədə Sevinc Osmanqızı ilə canlı yayıma qoşulan zaman Kərimli boğazına işarə edərək, iddia edir ki, onu ayaqla boğmağa cəhd ediblər. Döyülən, boğulmağa məruz qalan insan evinə müstəqil şəkildə çataraq, uzun-uzadı müsahibə vermək iqtidarında ola bilərmi? Həm də verdiyi müsahibəsində səsi şəhərin mərkəzində qışqıraraq anlaşılmaz şüarlar səsləndirdiyindən daha gur çıxırdı. Deməli, zorakılıq və işgəncə haqqında dediyi sözlərin də hamısı yalandır.

Bundan başqa, sual doğur ki, görəsən Bakının Qaradağ rayonu ərazisində müxalifətə mitinq keçirmək üçün təqdim edilən əraziyə Əli Kərimli niyə tərəfdarlarını aparmadı? Təbii ki, Əli Kərimli ora bir neçə yüz adamdan çox kütləni yığa bilməyəcəyni gözəl başa düşdüyündən, təxribatı şəhərin mərkəzinə daşımaqla öz uğursuzluğunu malalmaq, gizlətmək istəyirdi.

Təbii ki, bu məsələdə havadarları, xüsusilə, ABŞ səfirliyinin bəzi əməkdaşları qarşısında öhdəliyini tam yerinə yetirməmənin doğurduğu narahatlıq da var. Çünki özləri də “whatsap” danışıqlarında “biabır olduq” kimi ifadələrə yol verərək, Qaradağa getmək yerinə 28 may ərazisində provokasiyaya əl atmaqla da vəziyyəti öz xeyirlərinə çevirə bilmədiklərini etiraf edirlər. Bu isə radikalları daha da aqressivləşdirir. Ancaq onların aqressivliyi qarşısında təmkinini pozmayan polisin daha cəsarətlə bu iğtişaşa cəhdlərin qarşısını kəsəcəyi də son iki aksiyada öz təsdiqini tapdı.

Mənbə: teref.az